Suriyada 1500 İŞİD yaraqlısı həbsxanadan qaçdı | Icma.az
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təxminən 1500 İŞİD döyüşçüsü Suriyanın şimal-şərqində yerləşən həbsxanadan qaçıb.
Lent.az xəbər verir ki, bu barədə “Rudav” telekanalına kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nümayəndəsi Fərhad Şami məlumat verib.
O əlavə edib ki, qaçanlar qruplaşmalara qoşulublar. Bundan əvvəl bildirilmişdi ki, silahlı dəstələr Suriyanın Əl-Hasəkə vilayətində yerləşən
Yanvarın 18-də SDQ və Suriyanın keçid hökuməti 14 bənddən ibarət razılaşma imzalayıb.
Bu razılaşma hökumət qüvvələrinin ölkənin şimal-şərqinə iki həftə davam edən hücumunu yekunlaşdırıb.
“Suriya Demokratik Qüvvələri” Rakka və Deyr-əz-Zor vilayətlərini dərhal hökumətin nəzarətinə verməyə razılaşıb.
Hökumət qüvvələri artıq əsas obyektləri, o cümlədən Tabqa bəndini və “Əl-Ömər” neft yatağını nəzarətə götürüblər.
Tam oxu
Xəbəri oxu