Sia Az saytına istinadən Icma.az xəbər verir.
Suriya Daxili İşlər Nazirliyi “İslam Dövləti” (İŞİD) terrorçu qruplaşmasının hücrələrinə qarşı aparılan profilaktik əməliyyat zamanı 71 nəfəri saxlayıb. SİA xəbər verir ki, Bu barədə “Əl-İxbaria” telekanalı məlumat verib. Mənbənin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri ölkənin müxtəlif vilayətlərində 61 reyd keçirib. “Yüksək vəzifəli, təhlükəli, orta səviyyəli və sıravi qruplaşma başçıları saxlanılıb”, – məlumatda deyilir.