Suriyada atəşkəs pozuldu SDQ hücuma başladı

09.10.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

PKK terror təşkilatının qanadı “Suriya Demokratik Qüvvələri” (SDQ) Suriya ordusu ilə atəşkəs razılaşmasını pozub.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

“SDQ Hələbin şərqindəki Tişrin bölgəsində Suriya ordusunun mövqelərinə hücum edib, nəticədə bir əsgər həlak olub, bir neçəsi yaralanıb”, - nazirliyin bəyanatında deyilir.

Xatırladaq ki, Müdafiə Nazirliyi oktyabrın 7-də Dəməşqdə keçirilən görüşdə Suriya Prezidenti Əhməd Şaraa ilə SDQ-nin komandanı Mazlum Kobani arasında atəşkəsə dair razılaşmanın əldə olunduğunu açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью