“Suriyada baş verən hadisələrdən əsas faydalanan tərəf İsraildir”

19.12.2024

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin Suriyada baş verən hadisələrdən əsas faydalanan tərəfin İsrail olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Putin cümə axşamı “birbaşa xətt” zamanı deyib.
Onun sözlərinə görə, "İsrailin etdiklərinə fərqli münasibət bəsləmək olar", lakin "Rusiya Suriyanın ərazisinin ələ keçirməsini tənqid edir".
O qeyd edib ki, İsrail 25 kilometr irəliləyib və Sovet İttifaqının yaratdığı istehkamlara daxil olub.
"Ümid edirik ki, İsrail bir gün Suriyadan çəkiləcək", - o, qeyd edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью