Suriyada baş verənlərə görə İsrailin sionist rejimi və ABŞ məsiliyyət daşıyır... | Icma.az
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Suriyanın şimalında baş verən hadisələrin arxasında terrorçuların havadarları və sponsorları dayanır..." İran tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti baş tutub.
Moderator.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib. Məlumatı SİTA agentliyi yayıb.
Məlumatda deyilir ki, söhbət zamanı əsas diqqət Suriyada baş verən son hadisələrlə bağlı vəziyyətə yönəlib.
Bundan başqa həmsöhbətlər aktual regional və beynəlxalq məsələlər, Moskva və Tehran arasında müxtəlif sahələrdə Putinlə Pezeşkian arasında Kazanda əldə olunmuş razılaşmalar nəzərə alınmaqla əməkdaşlığın inkişaf etdirilməsi məsələri müzakirə edilib.
"İki ölkə lideri və digər səviyyələrdə bundan sonrakı təmaslar barədə birgə plan müəyyən edilib", - məlumatda deyilir.
İranın "İrna" informasiya agentliyi telefon söhbətinin daha çox təfsilatı barədə açıqlama verib, Pezeşkianın Suriyada son hadisələr barəsində bəyanatından iqtibas gətirib: "Livanda atəşkəs sazişinin əldə edilməsi regionda sabitliyin bərqərar olacağına ümid yaratdığı zaman Suriyanın şimalında sionist rejiminin dəstəyi və maliyyələşdirməsi ilə terrorçu qruplaşmaların hərəkətləri yenidən regionda həyəcanlı vəziyyət yaradıb".
Pezeşkian qeyd edib ki, Suriyada üsyançıların hərəkətləri İsrail və ABŞ tərəfindən əvvəlcədən planlaşdırılıb.
Tam oxu
Xəbəri oxu