Suriyada bayram elan edildi

08.12.2024

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası dekabrın 8-ni ölkədə milli bayram elan edib.

Moderator.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Bu gün şəhidlərin, qurbanların, məhbusların, köçkünlərin və məzlumların qələbə günüdür”, - müxalifətin bəyanatında deyilir.

Koalisiya hakimiyyətin keçid administrasiyasına verilməsi prosesini tamamlamaq üçün işləri davam etdirəcəklərini və yeni Suriyanın inşasında bütün ölkələrlə strateji əməkdaşlığa hazır olduqlarını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью