Suriyada bir məhsbusun azad edilməsi ANBAAN kameralarda: Qan donduran görüntülər VİDEO | I…
Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əsəd rejiminin aylarla pəncərəsiz kamerada saxladığı məhbusun həbsdən çıxdığı an dəqiqə-dəqiqə lentə alınıb.
Suriyada Əsəd ailəsinin süqutundan sonra on minlərlə insanın işgəncələrə məruz qaldığı Suriya həbsxanaları müxalifətçilərin əlinə keçib.
Sağ qalmağı bacaran siyasi məhbuslar illər sonra azad edilərkən, insan qəssabxanası adlandırılan Sednaya və digər yeraltı həbsxanalarda işgəncələrə məruz qalanların cəsədləri Dəməşq xəstəxanasının meyitxanasına gətirilib.
Beynəlxalq agentliklərin çəkdiyi görüntülər qan dondurur. İllərdir yaxınlarından xəbər ala bilməyən suriyalılar yaxınlarının izlərini axtarm
Günlərdir Suriyadakı işgəncə mərkəzlərində sağ qalan mülki şəxslərin hekayələri xarici mediada yer alıb.
Sitat.info xəbər verir ki, ABŞ-ın CNN İnternational kanalının Suriya ilə bağlı son hadisələri xəbər verən bölgədəki müxbiri Clarissa War bölgədəki həbsxanalardan birində çəkiliş apararkən 3 aydır pəncərəsiz kamerada saxlanılan suriyalının sərbəst buraxılmasının şahidi olub.
Belə ki, müxalif qüvvələrdən biri məhbusa yaxınlaşanda yerdə gizləndiyi ədyalın altından çıxır, əllərini havaya qaldıraraq ətrafdakılara qorxu ilə baxır, “Mən siviləm" deyərək atəş açmamaq üçün yalvarır.
Tam oxu
Xəbəri oxu