Suriyada bombalı hücum: Azı 15 nəfər həlak olub FOTO | Icma.az
Icma.az, Cebheinfo saytına istinadən bildirir. Suriyanın şimalındakı Mənbic şəhərində bomba yüklü avtomobilin hücumu nəticəsində ən azı 15 m
"Cebheinfo.az" xəbər verir ki, partlayış şəhərin cənub girişində park edilmiş avtomobilin partlaması nəticəsində baş verib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Bununla belə, yerli təhlükəsizlik qüvvələri hücumun PKK/YPG-yə bağlı terrorçular tərəfindən törədildiyi ehtimalını nəzərdən keçirdiklərini bildiriblər.
Partlayışın baş verdiyi ərazinin mülki əhalinin sıx şəkildə istifadə etdiyi tranzit yolu olduğu bildirilib.
Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyindən ehtiyatlanır.
Xəstəxanalarda müalicə alan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Nigar Hacılı "Cebheinfo.az" Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu