Suriyada dəhşətli avtobus qəzası: Çox sayda ÖLƏN VƏ YARALILAR VAR

25.07.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyanın şərqində iki sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 35 nəfər həyatını itirib, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" agentliyi məlumat yayıb.

Bildirilib ki, ağır qəza Dəməşq və Deyr-əz-Zor şəhərlərini birləşdirən magistral yolda qeydə alınıb.

Qeyd olunur ki, yaralıların Homs şəhərində yerləşən hərbi hospitala təxliyə edilməsi məqsədilə Suriyanın Müdafiə Nazirliyi tərəfindən hadisə yerinə bir neçə helikopter cəlb edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью