Suriyada dəhşətli partlayış KONKRET

09.09.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyanın şimal-qərbindəki İdlib əyalətində yerləşən silah-sursat anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb, əlavə olaraq 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Al-Ikhbaria” telekanalı məlumat yayıb.

Hadisə ilə bağlı ilkin məlumatlarda 4 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı qeyd olunurdu. Məlumatda bildirilir ki, xilasedicilər tərəfindən dağıntılar altında qalanların axtarışları davam etdirilir və qurbanların sayının daha da artması ehtimalı mövcuddur.

Bir müddət əvvəl ölkənin Müdafiə Nazirliyi məlumat vermişdi ki, partlayış İdlib əyalətinin şimal hissəsində, Sərməda şəhərinin yaxınlığında yerləşən Burc-ən-Nimrə ərazisindəki silahların daşınmadan öncə saxlanıldığı müvəqqəti anbarda qeydə alınıb. Hadisə nəticəsində nazirliyin bir neçə əməkdaşı da xəsarət alıb.\\ajans.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью