Suriyada enerji sahəsinə 7 milyard dollar sərmayə qoyuldu

30.05.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Suriyada enerji sahəsinə 7 milyard dollar sərmayə qoyulub.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözləşməni Türkiyənin “Kalyon Holding”, “Cengiz Holding”, Qətərin UCC və ABŞ-nin “Power International” şirkətləri imzalayıblar.

İmzalanma mərasimində Suriyanın müvəqqəti prezidenti Ahmed Şara da iştirak edib.

Müqavilə çərçivəsində Suriyanın müxtəlif bölgələrində gücü 4000 meqavat olan elektrik stansiyaları, həmçinin 1000 meqavatlıq günəş elektrik stansiyası tikiləcək.

Layihədə yer alan elektrik stansiyalarının mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur. Ümumi quraşdırılmış gücü 5000 meqavat olan elektrik stansiyalarından ildə təxminən 35 milyard kilovatsaat elektrik enerjisi istehsalı gözlənilir. Bu yolla Suriyanın elektrik ehtiyacının çox əhəmiyyətli hissəsinin qarşılanması planlaşdırılır.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью