Suriyada Əsəd rejiminin daha bir dəhşətli zindanından görüntülər VİDEO

15.12.2024

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dəməşqdə Əsəd rejiminin Əl-Məzə hərbi həbsxanasında qeyri-insani şəraitə malik kamera və otaqları əks etdirən görüntülər sosial şəbəkələrdə insanları dəhşətə salıb.
Bizim.Media xəbər verir ki, məlumata görə, həbsxana Əsəd hökumətinə müxalif məhbuslara işgəncələri ilə məşhurdur. Görüntülərdə zindan divarlarında Quran surələrinin, eləcə də təqvimin yazıldığı diqqət çəkir. Kameraların döşəməsində kuklaların, boşqab və yeməklərin olduğu da görünür.
Məlumata görə, birnəfərlik kameralarda 6-8 nəfər, 10 nəfərlik kamerada isə 80-ə yaxın adam saxlanılıb. Azadlığa buraxılan məhbuslar zindanda ağır şəraitdə yaşadıqlarını və zorakılıqlara məruz qaldıqlarını bildiriblər.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью