Suriyada Əsədin qohumu saxlanılıb

31.01.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ana tərəfdən qohumu Atef Nəcib ölkənin yeni hakimiyyət orqanları tərəfindən saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Suriya televiziyası məlumat yayıb.

Həbsin dəqiq harada və hansı şəraitdə baş verdiyi barədə məlumat verilmir. Qeyd olunur ki, Əsədin dövründə Nəcib ölkənin cənubundakı Dəra əyalətində siyasi təhlükəsizlik idarəsinin rəhbəri postunda işləyib.

Suriyanın yeni hakimiyyət orqanları hələlik bu məlumatı şərh etməyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью