Suriyada gedən döyüşlərdə azı 48 nəfər həlak olub

07.03.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya aviabazasının yerləşdiyi Suriyanın Latakiya əyalətində təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında şiddətli toqquşmalar baş verib.

Ölkə.az xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Haqlarını Müşahidə Qrupunun məlumatına görə, döyüşlər zamanı azı 48 nəfər həlak olub.

Təşkilat qeyd edir ki, bu hadisələr dekabrda Əsədin devrilməsindən sonra ən şiddətli toqquşmalardır.

“BBC”in məlumatına görə, ölənlər arasında 16 təhlükəsizlik işçisi, 28 Əsəd tərəfdarı və dörd mülki şəxs var.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью