“Suriyada gərginliyin azaldılması üçün İsraillə danışıqlar davam edir”

04.06.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

“Türkiyə Suriyadakı əsgərlərinin vəziyyətini terror təhlükəsi tamamilə aradan qaldırıldıqda, sərhəd təhlükəsizliyi təmin edildikdə və miqrantlar sağ-salamat geri qayıtdıqda yenidən qiymətləndirəcək”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O bildirib ki, Türkiyə Suriyaya hərbi təlim və məsləhətlər verir, o cümlədən onların müdafiə qabiliyyətini gücləndirir. 

“Suriyada gərginliyin azaldılması üçün İsraillə texniki danışıqlar davam edir. Ancaq unutmaq olmaz ki, gərginliyin azaldılması mexanizmi normallaşma demək deyil", - deyə Gülər vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью