Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub

12.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qahirə, 12 sentyabr, AZƏRTAC

Suriyanın Hələb şəhərinin Ayn əl-Ərəb rayonunda yerləşən həbsxanada baş verən yanğın nəticəsində 7 məhbus ölüb, bir neçə nəfər isə tüstüdən zəhərlənib.

AZƏRTAC xəbər verir ki, yanğın şəhərdə ötən gün baş vermiş iğtişaşlarla əlaqədar bəzi məhbusların yaratdığı qarışıqlıq zamanı başlayıb.

İtkilərin sayının artacağı istisna edilmir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью