Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriyanın İdlib vilayətində dörd hərbçi naməlum silahlılar tərəfindən öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.
Məlumata görə, onlar Maaret əl-Numan şəhərinin cənubunda pusquya salınıb.
Hadisə nəticəsində daha bir nəfər yaralanıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hücumun baş verdiyi əraziyə əlavə qüvvələr cəlb olunub və əməliyyat-axtarış tədbirləri aparılır.