Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Suriyanın şərqində yerləşən Deyr əz-Zor şəhərində hərbi obyektdə mənşəyi məlum olmayan partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər həyatını itirib.
Turkustan.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyi partlayışın dünən baş verdiyini açıqlayıb.
Nazirlik hadisənin səbəbləri ilə bağlı hələlik ətraflı məlumat verməyib. Partlayışın hərbi obyektin daxilində baş verdiyi bildirilib.
Suriyada hərbi obyektlərdə, xüsusilə silah anbarlarında oxşar partlayışlar daha əvvəl də qeydə alınıb. Bu ayın əvvəlində ölkənin şimal-qərbindəki silah anbarında baş verən partlayış nəticəsində 14 nəfər ölmüşdü.
Deyr əz-Zordakı son hadisə Suriyadakı hərbi obyektlərdə baş verən partlayışlarla bağlı təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Aytən Yaşar/ Turkustan.az