Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın dəstəklədiyi qruplar İraq üzərindən Suriyada silahlı qruplarla toqquşan hökümət qüvvələrinə dəstək üçün əsgər göndərir.
SİA xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, İranın dəstəklədiyi qruplar günlərdir İraq üzərindən Suriyadakı hökumət qüvvələrinə dəstək verməyə gedir.
Dəstək qüvvələri hər gün təxminən 50 avtomobillə Suriya-İraq sərhədindəki Əlbukamal rayonundan Suriyaya daxil olur.
Bu qruplara Zeynəbiyyun və Fatimiyyun briqadaları, həmçinin İran İnqilabı Mühafizləri Korpusları da daxildir.
Dəstək bölmələrindəki döyüşçülərin sayının ən azı 400 nəfər olduğu bildirilir.
Qeyd edək ki, hökumət əleyhdarı qruplar Hələbdəki qarşıdurmalar zamanı İran və İranın dəstəklədiyi bəzi döyüşçüləri əsir götürmüşdü.
İranın dəstəklədiyi qruplar Suriyada hökumət qüvvələri ilə birgə hərəkət edən İranın dəstəklədiyi qruplar arasında Fatimiyyun və Zeynəbiyyun briqadaları seçilir.