Suriyada ilk qərar: Jurnalistlərin təqibi qadağan edildi | Icma.az
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Silahlı müxalifət komandanlığı dövlət mediasının əməkdaşlarına təzyiq və hər hansı şəkildə təqibi qadağan edib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Vətən” nəşri məlumat yayıb.
“Ali Komandanlıq: Suriya televiziyası, televiziya və radio yayımı agentliyinin əməkdaşlarını, sosial şəbəkələrin sahiblərini təqib etmək qəti qadağandır.
Onlara qarşı hər hansı təhdid etmək də qadağandır”, - məlumatda qeyd olunub.
Bildirilib ki, əmri pozmağa görə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bundan başqa, Suriya silahlı müxalifətinin komandanlığı qadınları hicab taxmağa məcbur etməyə qadağa qoyub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu