Suriyada İŞİD lideri öldürüldü

24.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Komandanlığının qüvvələri iyunun 19-da Suriyanın şimal-qərbində İŞİD-in yüksəkvəzifəli liderinin ölümü ilə nəticələnən hava hücumu həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komandanlığın açıqlamasında bildirilib.

Qeyd olunub ki, dəqiq zərbə ilə Əli Hüseyn əl-Uleyvi öldürülüb.

“Bu, xaricdəki amerikalılara və ya ABŞ-yə hücum etmək istəyən terrorçuları dayandırmaq və aradan qaldırmaq üçün davam edən səylərin bir hissəsidir. Mərkəzi Komandanlığın qüvvələri regional tərəfdaşlarla birlikdə işləməyə davam edir”,- deyə açıqlamada vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью