Suriyada İŞİD üzvləri zərərsizləşdirildi

24.02.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri İŞİD-in bir bölməsini zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Syria TV” televiziyası hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, zərərsizləşdirilmiş silahlılar ölkənin şimal-şərqindəki Raqqa əyalətində nəzarət-buraxılış məntəqəsinə hücumda şübhəli bilinirdi.

Əməliyyatın təfərrüatları ilə bağlı məlumat verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью