Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriyanın cənubundakı Suveyda bölgəsində Suriya təhlükəsizlik qüvvələri ilə İsrailin dəstəklədiyi bir qrup silahlı druzların lideri Hikmət əl-Həcrinin qruplaşması arasında döyüş başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barrədə Suriya Əl-İxbariyyə dövlət televiziyası məlumat verib.
Bildirilib ki, qanunsuz silahlı qruplar Suveydanın qərbindəki Mənsurə kəndinə soxulmağa cəhd edib: "Onlar burada təhlükəsizlik qüvvələrinə hücum ediblər. Bu qruplar Suriya təhlükəsizlik məntəqələrini minaatanlarla və digər silahlarla atəşə tutmağa başlayıblar. Cavab tədbirləri görülür. Toqquşmalar davam edir"
Hikmət əl-Həcri
Xatırladaq ki, Suveyda bölgəsində Suriya qüvvələri ilə əl-Həcri ilə əlaqəli İsrail tərəfindən dəstəklənən qanunsuz silahlı qruplar arasında toqquşmalar vaxtaşırı baş verir. 2025-ci ilin iyul ayında bölgədə Suriya qüvvələri ilə Hacri ilə əlaqəli qruplar arasında yenidən şiddətli toqquşmalar yaşanıb və bu zaman İsrail druziləri qorumaq bəhanəsi ilə Suriya təhlükəsizlik qüvvələrini bombalayıb.
Tahir Şəlvəli
MİA.AZ