Suriyada keçid hökumətinə kim başçılıq edir?

10.12.2024

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyanın yeni administrasiyası Məhəmməd əl-Bəşiri keçid hökumətinin baş naziri seçib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə qərar silahlı müxalifətin əməliyyat komandiri Əhməd əl-Şəra, Məhəmməd əl-Bəşir və hökuməti idarə etmək üçün təyin edilmiş rejimin keçmiş baş naziri Məhəmməd əl-Cəlali arasında keçirilən görüşdən sonra qəbul edilib.

Bəs Məhəmməd əl-Bəşir kimdir?

O, 1983-cü ildə İdlib vilayətində anadan olub. 2007-ci ildə Hələb Universitetinin elektrik və elektronika mühəndisliyi, 2021-ci ildə isə İdlib Universitetində şəriət və hüquq ixtisasları üzrə təhsil alıb.

2022-ci ildə İdlib İnqilabi Qurtuluş Hökumətində assosiasiya işləri üzrə direktor, sonra isə inkişaf və humanitar işləri naziri vəzifələrində çalışıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью