Suriyada keçid hökumətinə kim başçılıq edir?

10.12.2024

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Suriyanın yeni administrasiyası Məhəmməd əl-Bəşiri keçid hökumətinin baş naziri seçib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə qərar silahlı müxalifətin əməliyyat komandiri Əhməd əl-Şəra, Məhəmməd əl-Bəşir və hökuməti idarə etmək üçün təyin edilmiş rejimin keçmiş baş naziri Məhəmməd əl-Cəlali arasında keçirilən görüşdən sonra qəbul edilib.

Bəs Məhəmməd əl-Bəşir kimdir?

O, 1983-cü ildə İdlib vilayətində anadan olub. 2007-ci ildə Hələb Universitetinin elektrik və elektronika mühəndisliyi, 2021-ci ildə isə İdlib Universitetində şəriət və hüquq ixtisasları üzrə təhsil alıb.

2022-ci ildə İdlib İnqilabi Qurtuluş Hökumətində assosiasiya işləri üzrə direktor, sonra isə inkişaf və humanitar işləri naziri vəzifələrində çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью