Suriyada keçid hökumətinə o başçılıq edəcək

09.12.2024

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyanın sabiq baş naziri Riyad Hicab ölkənin keçid hökumətinin başçısı olacaq.

Sitat.info xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, R.Hicab 2012-ci ilin iyunundan avqustuna qədər Suriyanın baş naziri olub. Bundan əvvəl o, 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifələrini tutub.

R.Hicab 2012-ci il avqustun 6-da istefaya göndərilib, bundan sonra ailəsi ilə birlikdə İordaniyaya köçüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью