Suriyada məktəblər açılıb

16.12.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriyada yeni hakimiyyətin əmrindən sonra məktəblər yenidən şagirdlərin üzünə açılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters yayıb.

Bildirilib ki, bu gün Dəməşqdə Oğlan Liseyi fəaliyyətə başlayıb.

Nəşrin məlumatına görə məktəbin həyətində şagirdlər və məktəb köməkçisi Raed Nasser yeni hakimiyyət orqanlarının qəbul etdiyi bayrağı qaldırarkən alqışlayıblar.

Bildirilir ki, Cövdət əl-Haşimi məktəbinə də heç bir ziyan dəyməyib.

Məktəbdən bildirilib ki, hər şey qaydasındadır və məktəb tam təchiz olunub.

Günel

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью