Suriyada məsciddə namaz qılanlara atəş açıldı

03.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Suriyanın Həma vilayətində yerləşən məsciddə namaz qılan kütləyə qarşı silahlı hücum nəticəsində azı altı nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Hayalin qəsəbəsində baş verib. Yerli məscidin yanından motosikletlə keçən bir yaraqlı atəş açıb.

Polis cinayətkarın axtarışı üçün tədbirlər görüb, yaralılara tibbi yardım göstərilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью