Suriyada mühafizəçiləri daşıyan avtobus partladıldı

16.10.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Suriyanın Deyr əz-Zor şəhərində neft müəssisəsinin mühafizəçilərini daşıyan avtobus yol kənarında olan partlayıcı qurğunun işə salınması nəticəsində partladılıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb. Heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью