Suriyada müvəqqəti hökumət martın 1nə qədər yaradılacaq

10.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin başçısı təyin edilib və hökumət onun rəhbərliyi altında üç ay ərzində formalaşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əl-Bəşir Əl-Hədəs telekanalının efirində bildirib.

"Baş komandanlığın qərarı ilə bizə müvəqqəti hökumət formalaşdırmaq səlahiyyəti verilib. İlkin olaraq bu, 2025-ci il martın 1-dək həyata keçiriləcək", - o qeyd edib.

Məhəmməd əl-Bəşirin sözlərinə görə, qərar bu gün silahlı müxalifət rəhbərliyinin nümayəndələri, müxalif xilas hökumətinin üzvləri və keçmiş hökumətin təmsilçilərinin görüşündə qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью