Suriyada müvəqqəti hökumət martın 1nə qədər yaradılacaq Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

10.12.2024

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin başçısı təyin edilib və hökumət onun rəhbərliyi altında üç ay ərzində formalaşdırılacaq.

Bu barədə Əl-Bəşir Əl-Hədəs telekanalının efirində bildirib.

"Baş komandanlığın qərarı ilə bizə müvəqqəti hökumət formalaşdırmaq səlahiyyəti verilib. İlkin olaraq bu, 2025-ci il martın 1-dək həyata keçiriləcək", - o qeyd edib.

Məhəmməd əl-Bəşirin sözlərinə görə, qərar bu gün silahlı müxalifət rəhbərliyinin nümayəndələri, müxalif xilas hökumətinin üzvləri və keçmiş hökumətin təmsilçilərinin görüşündə qəbul edilib.

///report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью