Suriyada müvəqqəti hökumət quruldu

11.12.2024

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir bildirib.

O qeyd edib ki, hökumət bir neçə nazirdən ibarətdir.

Müvəqqəti hökumət konstitusiya məsələləri həll olunana qədər - 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək.

Əl-Bəşir vurğulayıb ki, müvəqqəti hökumət ölkənin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq və yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью