Suriyada müvəqqəti hökumət quruldu

11.12.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb.

Milli.Az xəbər verir ki, bunu ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir bildirib.

Onun sözlərinə görə keçid hökuməti bir neçə nazirdən ibarətdir.

Əl-Bəşir müvəqqəti hökumətin 2025-ci ilin martına qədər fəaliyyət göstərəcəyini deyib.

O həmçinin qeyd edib ki, yeni kabinet formalaşana qədər müvəqqəti hökumət dövlətin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq. /APA
Milli.Az 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью