Suriyada müvəqqəti hökumət quruldu KONKRET

11.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb.

KONKRET.az xəbər verir ki, bunu ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir bildirib.

Onun sözlərinə görə keçid hökuməti bir neçə nazirdən ibarətdir.

Əl-Bəşir müvəqqəti hökumətin 2025-ci ilin martına qədər fəaliyyət göstərəcəyini deyib.

O həmçinin qeyd edib ki, yeni kabinet formalaşana qədər müvəqqəti hökumət dövlətin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq.//APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью