Suriyada müvəqqəti hökumət qurulub

11.12.2024

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb.

APA xəbər verir ki, bunu ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir bildirib.

Onun sözlərinə görə keçid hökuməti bir neçə nazirdən ibarətdir.

Əl-Bəşir müvəqqəti hökumətin 2025-ci ilin martına qədər fəaliyyət göstərəcəyini deyib.

O həmçinin qeyd edib ki, yeni kabinet formalaşana qədər müvəqqəti hökumət dövlətin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью