Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar

30.11.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyada müxalif qüvvələr İdlib və Hələb vilayətlərində azı 850 kv.km ərazini nəzarətə götürüblər.

"Report" xəbər verir ki, bu barədə "TRT World" telekanalı məlumat yayıb.

Daha əvvəl üsyançıların 400 kvadrat kilometr ərazini nəzarətə götürdükləri bildirilirdi.

KİV-in məlumatına görə, müxalif qüvvələr 108 yaşayış məntəqəsini, o cümlədən Hələbdə 86 və İdlibdə 22 məntəqəni nəzarətə götürüblər.

Qeyd edək ki, Suriya üsyançıları ölkənin ikinci böyük şəhəri olan Hələbə 2016-cı ildən bəri ilk dəfə daxil olublar. O zaman onlar uzun müddət davam edən döyüşlər nəticəsində şərq rayonlarından sıxışdırılıb çıxarılmışdılar. Çoxsaylı məlumatlara görə, tərəflər arasında döyüşlər davam edir.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью