Suriyada müxalifət qüvvələri Hələbin mərkəzinə daxil olub

29.11.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyada Bəşər Əsəd hökumətinə qarşı çıxan müxalifət qüvvələri Hələbin mərkəzinə daxil olub.

APA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

“Hələb və İdlib əyalətlərində üç gün davam edən döyüşlərdən sonra müxalif qruplar 400 kvadrat kilometr əraziyə nəzarəti ələ keçirib”, - agentlik qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью