Suriyada parlament seçkisi başa çatıb

05.10.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Suriyada hakimiyyət dəyişikliyindən sonra birpalatalı parlament olan Xalq Şurasına ilk səsvermə başa çatıb və hazırda səslər hesablanır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Xalq Şurasına Seçki üzrə Ali Komitənin sözçüsü Nuvar Nəcmə məlumat verib.

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa Dəməşqdəki Milli Kitabxanada seçki məntəqəsində çıxış edərək, ölkənin müharibə və xaosdan mütəşəkkil seçki fəaliyyətinə keçməyi qısa müddət ərzində bacardığını bəyan edib. O həmçinin qeyd edib ki, yeni parlament çoxsaylı dondurulmuş qanun layihələrini nəzərdən keçirməli olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью