Suriyada partlayış: beş nəfər öldü

04.07.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriyanın Homs əyalətindəki T-4 hərbi aerodromu yaxınlığında mina partlayışı nəticəsində beş nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə əyalətin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilir ki, Suriya ordusunun mühəndis bölmələri Homs - Palmira magistralında ərazinin planlı yoxlama zamanı həlak olanların meyitlərini aşkar ediblər.

İlkin məlumata görə, qurbanlar bir neçə gün əvvəl aerodromun yaxınlığındakı əraziyə qanunsuz daxil olublar və minaya düşərək həlak olublar.

Bundan əlavə, iyunun 27-də eyni ərazidə baş verən mina partlayışı nəticəsində bir uşaq həlak olub, daha iki nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью