Suriyada PKKnın gizli tuneli aşkarlandı

10.12.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriya milli ordusu Mənbic şəhərini terrorçulardan azad etdikdən sonra ərazidə dəhşətli mənzərələr ortaya çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, PKK/YPG terrorçuları yerli xəstəxanadan öz çirkin məqsədləri üçün istifadə ediblər.

Belə ki, xəstəxana binasının altında terror təşkilatının gizli tuneli aşkarlanıb. Binanın üzərində isə vaxtilə PKK-çıların növbətçi postu qurulub. Bu fakt terrorçuların mülki obyektlərdən necə yararlandığını bir daha təsdiq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью