Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Baas rejiminin və Əsəd ailəsinin hakimiyyətinin çökdüyü Suriyada rejim əleyhdarı silahlı qruplaşmalar ölkənin şərqində yer qazanmağa çalışan terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Deyr əz-Zorun mərkəzinə daxil olur.
"AzPolitika" Türkiyə mediasına istinadən xəbər verir ki, dekabrın 6-da süqut edən rejim ordusu ölkənin şərqində, İraq sərhədində yerləşən Deyr əz-Zor vilayətində yerləşdirilmiş qüvvələrinin bir hissəsini geri çəkərək şəhər mərkəzini terror təşkilatı PKK/YPG-nin işğalına buraxıb. .
Qeyd edək ki, dekabrın 1-də Suriya Milli Ordusunun Hələbdə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəq” əməliyyatı zamanı Tel Rifat vilayətinin mərkəzi də terrorçukardan azad edilib.