525.az saytına istinadən Icma.az xəbər verir.
Suriyanın Deyr əz-Zor əyalətində qaz boru kəmərində partlayış olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış “Hirfai Yolu"nda yerləşən Ruyşid şəhərindəki qaz boru kəmərində baş verib.
Dərhal əraziyə qruplar göndərilib. Suriya Energetika Nazirliyinin ekspertləri qaz sızmasının qarşısını almaq üçün tədbirlər görüblər.
Partlayışın səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
İbrahim Cəfərov