Suriyada qaz kəməri partladılıb

29.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qahirə, 29 sentyabr, AZƏRTAC

Suriyada qaz boru kəmərinin əl-Şula məntəqəsi ilə Deyr əz-Zor arasındakı hissəsində bu gün qeydə alınmış partlayışın səbəbi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Suriya Xəbər Agentliyinin ölkənin Dövlət Neft Şirkətinə istinadla yaydığı məlumata görə, hadisə təxribat nəticəsində baş verib.

Yanğın Cəbsə qaz emal müəssisəsindən elektrik enerjisi istehsal edən stansiyalara qaz axınının dayanmasına səbəb olub.

Məlumata görə, yanğınsöndürmə briqadaları hadisə yerini əhatəyə alıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью