Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Suriyanın Deyr əz-Zor əyalətində qaz boru kəmərində genişmiqyaslı yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Suriya” TV-nin verdiyi məlumatda deyilir.
Hadisə yerində intensiv yanğın müşahidə olunur və alov olduqca uzaq məsafədən görünür. Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.
Ölən, yaxud xəsarət alanlar barədə məlumat yoxdur.