Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) Suriyada Bəşər Əsəd rejimindən qalan 100-dən çox kimyəvi silah obyektinin mövcudluğundan şübhələndiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə "New York Times" qəzetinin yayımladığı hesabatda məlumat verilir.
Məlumata əsasən, bəzi kimyəvi silah anbarları mağaralar və aşkarlanması çətin olan digər gizli yerlərdə yerləşə bilər.
Həmin obyektlərin Əsəd rejimi dövründə kimyəvi silahların hazırlanması və sınaqdan keçirilməsi üçün istifadə edildiyi bildirilir.
Bu iddialar rejimin daha əvvəl etiraf etdiyi rəqəmləri çox geridə qoyur.
Əsəd rejimi on ildən artıq davam edən vətəndaş müharibəsi ərzində müxaliflərə və mülki əhaliyə qarşı sarin və xlor qazı kimi kimyəvi maddələrdən istifadə etməkdə ittiham olunur.
Suriya Mülki Müdafiə Təşkilatının rəhbəri Raid Salih məsələ ilə bağlı açıqlamasında bildirib: "Əvvəlki administrasiya Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına yalan danışdığı üçün indi bilinməyən bir çox yer mövcuddur" .