Suriyada razılıq əldə edildi: bu qruplar ləğv olunur

24.12.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriyada bütün müxalif qruplar özlərini ləğv edərək Müdafiə Nazirliyinin tabeliyində birləşəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Suriyanın yeni administrasiyanın lideri Əhməd Şara bildirib.

Onun sözlərinə görə, müxalifət qrupları bu barədə razılığa gəliblər.

Qeyd edək ki, 8 dekabr 2024-cü ildə Bəşər Əsədin rəhbərlik etdiyi Suriya Ərəb Respublikası hökuməti Təhrir əl-Şamın başçılıq etdiyi Suriya müxalifətinin irimiqyaslı hücumları nəticəsində devrilib.

Aysel Şahmar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью