Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya ordusu dörd kamikadzenin Suriyadakı hərbi bazaya hücumunu dəf edib və onlardan üçünü öldürüb.
Ölkə.az “Mash” Telegram kanalınıa istinadən xəbər verir ki, hadisə mayın 21-də səhər saatlarında Xmeymim aviabazasından uzaqda olmayan Latakiya şəhərində baş verib. Radikallar mühafizə postlarını yarmağa çalışsalar da, onlar dəf edilib. Atışma nəticəsində hücum edənlərdən 3-ü öldürülüb.
Artıq hücum edənlərin kimliyi müəyyən edilib. İlkin olaraq onların hamısının Özbəkistandan olduğu və Suriyanın yeni hökumətini tanımayan silahlı qruplaşmanın üzvləridir.
Mürtəza
Ölkə.az