“Suriyada sabitlik yolu açılır” RƏY

22.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Bu vaxta qədər bəzi dövlətlərin dəstəyi nəticəsində Orta Şərqdə terror təşkilatlarının geniş fəaliyyəti acı reallıqdır. Heç şübhəsiz ki, həmin başıpozuq silahlı qüvvələr Suriyada sabitliyə və Əsəddən sonrakı dövrdə dövlət quruculuğuna ciddi əngəl idi. Nəhayət, Türkiyənin diplomatik səyləri nəticəsində ABŞ Suriyadakı kürd qruplaşmalarından ibarət olan SDQ-yə dəstəyini dayandırdı”.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib.

O, xatırladıb ki, həmin qruplaşma Suriyanın 30 faiz zəngin ərazilərinə nəzarət edərək yeni formalaşan hökumətə tabe olmurdu:

“Bu, ölkənin suverenliyinə qəsd olmaqla yanaşı, çox zəngin iqtisadi resurslardan məhrum etməyə səbəb olmuşdu. Dünyanın istənilən yerində, o cümlədən Suriyada separatizm sabitliyi pozmaqla bərabər, dövlət üçün ciddi təhdid sayılır.

ABŞ-ın Ankaradakı səfiri Tom Barrak yeni proseslərə aydınlıq gətirərək bildirib: “ABŞ-SDQ tərəfdaşlığı həmişə taktiki olub, heç bir mərkəzi hökumət mövcud olmadığı zaman İŞİD-i məğlub etmək üçün qurulub. Bu missiya əsasən başa çatıb. Suriyanın artıq tanınmış mərkəzi hökuməti var””.

O qeyd edib ki, artıq ABŞ reallığı düzgün dəyərləndirərək separatizmə dəstəyini dayandırıb.

“Bu, Suriya üçün həlledici məqamdır. Suriya Prezidenti Əhməd Şaraa öz növbəsində ölkənin şimal-şərqi ilə bağlı yeni fərman imzalayıb. Həmin sənəd SDQ (SDF) strukturlarının faktiki olaraq ləğvini və bu qüvvələrin fərdi qaydada Suriya ordusuna inteqrasiyasını nəzərdə tutur.

Təbii ki, belə önəmli prosesə müqavimət göstərmək istəyənlər var. Xüsusilə İsrailin dəstəyi ilə Suriyaya qarşı təhdidlərin davam etməsi mümkündür. Amma görünən odur ki, ABŞ-la Türkiyə arasında davam edən intensiv danışıqlar müsbət nəticələrini verir.

Biz, sadəcə, siravi Azərbaycan vətəndaşları olaraq Orta Şərqdə, o cümlədən Suriyada sabitliyin bərqərar olmasının tərəfdarıyıq. Həmin ölkədə uzun illərdir ki, bir çox xalqlar, o cümlədən türkmən qardaşlarımız da qanlı toqquşmalardan əziyyət çəkir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью