Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi Əhməd əl-Şaraa Suriyanın yeni prezidenti elan edilib. Bu hadisə yerli və xarici mediada birmənalı qarşılanmayıb.
Belə ki, heç bir seçki prosesi keçirilmədən Bəşər Əsəddən sonra yeni diktatorun hakimiyyətə gəldiyi barədə fikirlər səsləndirilməkdədir.
Bu nə qədər realdır? Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Əhməd əl-Şaraa keçid dövründə prezident elan olunub: “Bu z
Ona görə də seçki prosesi baş tutmadan Əhməd əl-Şaraa yeni prezident elan edilib.
Nəzərə almaq lazımdır ki, bu mərhələdə yeni prezidentə ehtiyac yox idi. Onsuz da ölkəni idarə edən hökumət var idi.
De-fakto rəhbərlik Əhməd əl-Şaraada idi. Bundan əvvəl də prezident seçiləcəyini bildirmişdi.
Güman ki, prezident seçkiləri keçirilsə belə qanuni şəkildə namizədliyi təsdiqlənəcək və rəhbərliyə məhz o keçəcək.