Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Suriya ordusunun ölkənin şimal-şərqini nəzarətə götürməsi, şəhər və qəsəbələri arda-arda YPG/SDQ qruplaşmasından azad etməsi böyük regional hadisədir.
Bu həm Suriya lideri Əhməd əş-Şaraa, həm də Türkiyənin uğurudur.
Suriyada vətəndaş müharibəsi başladıqda bundan istifadə edən PKK-ya bağlı terrorçu qruplar Suriyanın şimal-şərqini işğal etmişdi.
Bu, Türkiyəni ciddi narahat edirdi. Çünki, YPG və PYD Türkiyəyə sərhəd əraziləri də ələ keçirmişdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Türkiyə məhz sərhəd əraziləri terrorçulardan azad etmək üçün Suriya ərazisində bir neçə hərbi əməliyyat həyata keçirdi: “PKK-nın Suriyadakı uzantıları olan YPG və PYD sonrakı illərdə Vaşinqtonun təklifi ilə adını Suriya Demokratik Qüvvələri (SDF) şəkilndə dəyişdi.
Yeni adın qoyulmasında birinci məqsəd Türkiyənin narahatlığını azaltmaq, ikinci məqsəd bu ad altında Suriyadakı digər etnik qrupları birləşdirmək idi.